Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:09

Ruslar: 'Azərbaycan xurması yaxşı satılır'


Şəmkirdə xurma məhsulu. Noyabr 2016
Şəmkirdə xurma məhsulu. Noyabr 2016

“Azərbaycan xurması yaxşı satılır, amma bu dəfə bazarda məhsul azdır”, Rusiyanın Krasnodar şəhərində xurma satan Vitali belə deyir. O ehtimal edir ki, Azərbaycan xurması daha çox Moskva bazarlarına daxil olduğundan Krasnodara az məhsul gedib çıxır.

Rusiya bazarlarında Azərbaycan xurmasının kilosu təxminən 1.20-1.50 qəpikdir. Vitalinin sözlərinə görə, satış normal gedir, alıcıların xurmaya tələbatı var, Azərbaycan xurması da yaxşı alınır.

Azərbaycan bu il də Rusiya bazarına məhsul çıxarmağa hazırlaşır.

Buna da bax:​ Azərbaycan meyvəsi Rusiyada ağız sulandırırmı?

“Yeşiyini 3 manatdan alacaqlar”

Şəmkirli İradə Abbasova deyir ki, onlardan məhsullarını yığmalarını istəyiblər: “Qonşuya gəliblər, deyiblər ki, siz də, qonum-qonşuda kim var, deyin, xurmanı yığsınlar, gəlib alacağıq”.

İradə Abbasovanın bağında 32 xurma ağacı var, hər ağacdan təxminən 10-15 kilo xurma toplayır: “Keçən il yeşiyini (bir yeşik 10-12 kq tutur - red.) 2 manatdan istəmişdilər, əziyyətinə dəyməzdi deyə, heç yığmadım. Məhsul başında qaldı”.

Şişburun xurma növü
Şişburun xurma növü

Amma indi ona yeşiyini 3 manatdan alacaqlarını dediklərindən İradə Abbasova məhsulunu satmaq qərarına gəlib, şişburun növünün 6-7 kilosuna da 3 manat verəcəklər. Mənim bağımda da şişburun çoxdur”, deyir. Əlavə edir ki, evdə kişi xeylağı olmadığından, özü də yaşlıdı deyə, meyvəni yığmağa adam tutub: “32 ağaca 40 manat verəcəm”.

Buna da bax:​ ​Azərbaycanda xurma – «Allah təamı» hökumətin yadından çıxıb...

O, kiçik hesablama aparır, deyir ki, məhsul boldur. Orta hesabla, hər ağacdan 10 kilo meyvə yığsa, bu, azı, 960 manat edir. İradə xanım söyləyir ki, meyvənin yetişməsinə xüsusi əziyyət çəkmirlər, ona görə bu gəlir kəndli üçün yaxşı pul sayıla bilər.

Muzdla xurma yığan qadın. Şəmkir, noyabr, 2016
Muzdla xurma yığan qadın. Şəmkir, noyabr, 2016

Əkin sahəsi çoxalıb...

Rəsmi məlumatlara görə, ötən il Rusiya bazarlarına 89 min ton təzə xurma ixrac edilib.

2015-ci ildə xurma bağlarının sahəsi 11 min hektara yaxın olub. 2001-ci ildən bu yana xurma bağlarının əkin sahəsi artıb. Belə ki, 16 il əvvəl ölkədə cəmi 5 min 500 hektarlıq xurma bağı olub.

İqtisadçılar kəndliləri xurma ağacı əkməyə meylləndirən səbəbin bu meyvənin ixrac məhsulu olmasıyla, xüsusilə Rusiya bazarındakı tələbatla izah edir.

Təbii, əkin sahəsi artdığından istehsal da artıb. 15 il əvvəl 70 min ton xurma yığılıbsa, ötən il bu rəqəm 146 min tonu keçib, artım 2 dəfədən çox olub.

Buna da bax:​ Əlavə məhsullara da rüsum artırıla bilər

Rusiyanın əsas xurma idxalı Azərbaycandır

İqtisadçı Rövşən Ağayev deyir ki, Rusiya bazarında tələbatın 78 faizdən çoxu Azərbaycanın payına düşür: “Rusiya 2015-ci ildə 113 min ton xurma idxal edib ki, bunun da 78.7 faizi Azərbaycanın, 11.3 min tonu və ya 9.3 faizi Belorusun, 8.6 min tonu, yəni 7.7 faizi Çinin payına düşüb”.

Rövşən Ağayev deyir ki, 3 ölkə içərisində Rusiya bazarına ən bahalı xurmanı Azərbaycan və Çin göndərib - hər iki ölkə üzrə hər tona 880 dollar ödənib. Belorusdan ixracın hər tonuna 270 dollar verilib.

İqtisadçı hesab edir ki, Azərbaycan xurması Rusiya bazarına baha gedib çıxsa da, istehsalçı bir o qədər də yüksək gəlir götürmür. Onun fikrincə, meyvə istehsal edən kəndlilərin istehsalçı birliklərinin yaranması zəruridir və bu işdə hökumətin dəstəyinə ehtiyac var:

“Meyvə istehsalçılarının birlikləri özlərinin ixracla məşğul olan təsisatlarını yaratsalar, bu işi bacarıqlı menecerlərə həvalə etsələr, nəticədə son qazancdan çəkdikləri zəhmətə görə özləri daha çox qazanarlar”.

Vahid Məhərrəmov: 'Bu ağacın üstünlüyü ondadır ki, onda hər hansı xəstəlik, zərərvericilik geniş yayılmayıb'
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00
Direct-ə keçid

...məhsuldarlıq azalıb

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov da hesab edir ki, xurma sahəsi yetərincə genişlənib, ancaq onun fikrincə, məhsuldarlıq yüksək deyil: “Digər ölkələrlə müqayisə etsək, bizdə məhsuldarlığın aşağı olduğunu görərik”.

Buna da bax:​ ​'150 dən çox xurma, nar, heyva ağacı qurudu'

Rəsmi statistikaya görə, son 16 ildə xurmanın məhsuldarlığında ən yüksək göstərici 2006-cı ildə qeydə alınıb. Həmin il hektara 245 sentner düşüb, ötən il isə bu rəqəm 162 sentner olub. 2006-cı ildən bəri məhsuldarlıq düşə-düşə gəlib.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

Vahid Məhərrəmov deyir ki, Azərbaycanda məhsuldarlıq hava şəraitinə uyğun dəyişir, gah məhsul bol olur, gah azalır. Ancaq onun sözlərinə görə, əgər xurma ağaclarına aqrotexniki qaydalara uyğun qulluq edilsə, məhsuldarlığın taleyi təkcə hava şəraitinə bağlanmaz:

“Vaxtlı-vaxtında ağacın suyu verilməlidir. Bu ağacın üstünlüyü ondadır ki, onda hər hansı xəstəlik, zərərvericilik geniş yayılmayıb. Sadəcə, aqrotexniki qaydalara əməl olunmalıdır”.

“Bir bazardan asılılıq təhlükəlidir”

Ekspert xurma həm ixrac məhsulu olduğunu, ona həm də daxili bazarda tələbatın mövcudluğunu vurğulayır. Əlavə edir ki, meyvənin yod zənginliyi ona tələbatı yüksək saxlayır. O bildirir ki, ölkədə xurma emalı müəssisələri yaradılarsa, meyvəni daha uzun müddətə saxlamaq mümkün olar. Məsələn, İspaniyanın xurma istehsalı ilə bağlı təcrübəsini öyrənmək yaxşı olardı.

Buna da bax:​ ​Xurma ağaclarda qaldı... qurd-quşa

Müsahibimizin fikrincə, Azərbaycanın xurmasının bir xarici bazardan asılılığı gələcəkdə məhsulun ixracında problemlər yarada bilər: “Bəzən eşidirsən ki, Rusiya sərhədində əsassız problemlər yaranır, ölkənin milli valyutasının stabil olmaması da ixraca problem yaradan məsələlərdəndir. Azərbaycan xurmasının keyfiyyəti imkan verir ki, məhsul Avropa bazarlarına da çıxarılsın, sadəcə, bunun üçün məqsədyönlü fəaliyyət göstərmək lazımdır”.

“Hədəfimiz Avropa bazarlarıdır”

'Ixracın coğrafiyası dəyişib, keçmiş sovet respublikaları ilə yanaşı, ərəb ölkələrinə də ixrac imkanı yaranıb'
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00
Direct-ə keçid

Kənd Təsərrüfatı nazirliyi isə Azərbaycan xurmasının Avropa bazarlarına çıxarılmasını düşünür. Qurumun bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyir ki, standartlara uyğun sertifikatlaşdırma gedəndən, məhsul çeşidlənəndən sonra xurma Avropa bazarlarına çıxa biləcək: “İxracın coğrafiyası dəyişib artıq, keçmiş sovet respublikaları ilə yanaşı, ərəb ölkələrinə də ixrac imkanı yaranıb”.

İmran Cümşüdovun fikrincə, ixracın stumullaşdırılması ilə bağlı prezident sərəncamına əsasən, ixrac məhsullarına “yaşıl dəhliz” yaradılması, hər ixracatçıya da ixrac rüsumunun verilməsi fermerləri həvəsləndirəcək. O əlavə edir ki, Sahibkarlığa Kömək Milli Fondu xurma bağları salmaq istəyən fermerlərə də güzəştli kredit verəcək: “Biz də fermerlərə köməklik etməyə, onlara aqroelmi məsləhət verməyə hazırıq”, şöbə müdiri söyləyir.

Buna da bax:

"Pokrovski" bazarı bağlandı, Seyfəlidə xurma ağacda qaldı
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG