Keçid linkləri

2017, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:21

Quba-Xınalıq, Xızı-Altıağac yolu təhlükəlidir


Sürüşmə

Azərbaycanın Quba-Xınalıq və Xızı-Altıağac yollarında çox təhlükəli vəziyyətin yarandığı bildirilir.

Bunu «Trend»ə Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi Starə Tarixəzəri deyib.

Onun deməsinə görə, hazırda Azərbaycanın əksər rayonlarında sürüşmə sahələrinin çoxu aktivləşib. Alim bildirib ki, Şamaxı, Ağsu, İsmayıllı rayonlarında və İsmayıllının Basqal kəndində sürüşmə sahələri genişlənib.

Son aylarda güclü yağışlar üzündən sözügedən yollarda torpaq sürüşməsi və qaya uçqunlarından nəqliyyatın hərəkəti bir neçə dəfə müvəqqəti dayandırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG