Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Sentyabr, Cümə, Bakı vaxtı 21:52

Putin:"Hələ ki, pensiya vaxtım deyil"


Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, hələ ki, pensiya vaxtı yetişməyib.

O bunu “Valday”beynəlxalq müzakirə klubunda çıxış edərkən deyib.

“Hörmətli aparıcı mənə rahat pensiyaya çıxmağı arzuladı.Bunu vaxtı gələndə mən də özümə arzulayıram.Amma hələ ki, pensiyada deyiləm,böyük aparıcı ölkənin rəhbəriyəm və səbirli olmalı,ifadələrimdə artıq aqressivliyə yol verməməliyəm”, deyə o bildirib.

Putinin sözlərinə görə,aqressivlik onun stili deyil və qeyd edib ki, son dərəcə açıq olmaq lazımdır, əks halda söhbət cılız və maraqsız olacaq.

XS
SM
MD
LG