Keçid linkləri

2017, 20 Fevral, Bazar ertəsi, Bakı vaxtı 07:59

ABŞ-da prezident seçkisi «pislə daha pis arasında» seçim olacaq.

Bunu İran prezidenti Hassan Rouhani deyib. O, ABŞ prezidentliyinə namizədlərdən heç birinə üstünlük vermədiyini söyləyib: «BMT-də bir dövlət başçısı mənim bu namizədlərdən hansına daha çox önəm verdiyimi soruşdu. Mən ona «pisi daha pisdən, ya daha pisi pisdən üstün tutmalıyam» deyə cavab verdim».

Rouhani ABŞ prezidentliyinə namizədlərin bir-birinə qarşı çıxışlarının, bir-birilərini təhqir etməsinin onu mat qoyduğunu bildirib. O deyib ki, namizədlər arasındakı debatlar 200 ildir demokratiyadan dəm vuran ABŞ-da ədəb və əxlaqın olmadığını göstərib.

Hakimiyyətdə olduğu müddətdə Hassan Rouhani İranın Qərblə münasibətlərini inkişaf etdirməyə çalışıb. Keçən il o, dünya liderləriylə nüvə razılaşması imzalayaraq İrana qarşı sanksiyaların aradan qaldırılmasına nail olub. ABŞ prezidentliyinə respublikaçıların namizədi Donald Trump isə seçilsə, həmin razılaşmanı ləğv edəcəyinə söz verib. Iranın Ali lideri Ayatollah Ali Khamenei Trump-a cavab olaraq o halda razılaşma haqda sənədi «məmnuniyyətlə yandırarıq» deyib.

ABŞ-da prezident seçkisi noyabrın 8-də olacaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG