Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 21:33

Türkiyə Azərbaycanın xarici ticarətində önə çıxmağa başlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK-nin) məlumatına görə, Türkiyə son 2 ayda (avqust, sentyabr) Azərbaycanın ticarət dövriyyəsindəki ölkələrə başçılıq edir. Türkiyə avqustda 12.88, sentyabrda isə 13.13 faizlik payla Azərbaycanın xarici ticarətində əsas yer tutub.

İndiyə kimi, əsasən, bu siyahıya İtaliya rəhbərlik edirdi. Səbəb də o idi ki, Azərbaycan nefti əsasən bu ölkəyə ixrac olunur və oradan da bölünür.

Bu ilin 9 ayında Azərbaycandan Türkiyəyə ixrac 33.85 faiz azalsa da, bu ölkədən idxal 0.49 faiz artıb.

XS
SM
MD
LG