Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 15:55

Bakıda ərəb iş adamlarının forumu keçiriləcək


Dubay

Gələn həftə Bakıya Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) növbəti işgüzar missiya gələcək. Onlar Azərbaycandan olan həmkarları ilə əməkdaşlıq qurmaqda maraqlıdır.

Azərbaycanda İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) «Turan»a bildiriblər ki, oktyabrın 20-də «Fairmont Baku» mehmanxanasında BƏƏ-dən 20-dən çox şirkətin iştirakı ilə biznes forum keçiriləcək.

Onlar kənd təsərrüfatı, qida sənayesi, tikinti, əczaçılıq, qablaşdırma, logistika, turizm, ətir istehsalı, təhlükəsizlik, yanğından mühafizə sistemləri və uniforma istehsalı sahələrini təmsil edir.

Ərəb iş adamları ilə onların Azərbaycana investisiya yatırmaları imkanlarının müzakirə olunacağı bildirilir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 8 ayında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əmtəə dövriyyəsi 55.6 mln dollar olub. Bu, 2015-ci ilin eyni dövründəkindən 35.2% çoxdur.

BƏƏ-dən idxal (48.2 mln dollar ) Azərbaycan mallarının ixracından (7.4 mln dollar) 6.5 dəfə çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG