Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 17:29

Azərbaycanlı hərbçilər Əfqanıstana yola salınıb


Azərbaycan sülhməramlıları

Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstana yola salınıb.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Bildirilir ki, azərbaycanlı hərbçilər NATO-nun Əfqanıstanda həyata keçirdiyi «Qətiyyətli dəstək» qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərəcəklər.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycanın 90 hərbi qulluqçusunun, 2 hərbi həkimin və mühəndis-istehkam ixtisası üzrə 2 zabitinin Əfqanıstandakı missiyada iştirak etdiyi bildirilir.

XS
SM
MD
LG