Keçid linkləri

2017, 19 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:00

'Bank Standard' əmanətçilərinə kompensasiya verilir


Bank Standard

Oktyabrın 11-dən «Bank Standard» kommersiya bankında qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə başlanılır.

APA-nın xəbərinə görə, əmanətçilərin sayının çoxluğu və onların arasında həssas təbəqələrin olması üzündən Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ilkin mərhələdə 20 min ABŞ dollar məbləğinə qədər qorunan əmanətlər üzrə kompensasiyaları ödəyəcək.

Maliyyə Bazarlarına Nəzarət Palatası sentyabrın 30-da «Bank Standard»ın lisenziyasını ləğv edib. Bankın 520 milyon manat əmanəti var. Bunun 460 milyon manatı qorunan əmanətdir.

Bu il Azərbaycanda ümumilikdə 11 bankın lisenziyası ləğv edilib. Bu, əsasən, həmin bankların öhdəlikləri yerinə yetirə bilməməsi ilə izah edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG