Qazaxın Quşçu Ayrım kəndi Ermənistan hərbi postu ilə 130 metr məsafədədir - Üç tərəfdən Ermənistan ordusunun hərbi postu ilə əhatə olunub. Burda yaşayan kəndlilər gün ərzində təhlükəli olduğu üçün, sadəcə, gecə bulaqdan su götürə bilirlər. Təhlükəli və atışma olan günlərdə uşaqları kənd yollarına, açıq yerlərə buraxmırlar valideynlər.
Sərhəd kəndi eşşəklərin ümidinə qalıb
13
Kəndin ətrafında yerləşən dağlar, yüksəkliklər 1999-cu ildə Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edib.
14
Atışma səsi, təhlükə və sosial çətinlik bu uşaqların həyatının bir hissəsi olub Quşçu Ayrım kəndində.
15
Kəndin yaşlıları cavanlara nisbətən daha çox öyrəşiblər bu çətinliklərə.
16