Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 20:19

Baronessa Kerolayn Koks Dağlıq qarabağa gedib

Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

Britaniya parlamenti lordlar palatasının üzvü Baronessa Koks (Baroness Caroline Cox) və onun rəhbərlik etdiyi nümayəndə heyəti səfər zamanı təmas xəttinin şərqindəki hərbi mövqelərə baş çəkiblər.

Separatçı Dağlıq Qarabağ rejiminin məlumatına görə, onlar atəşkəsin pozulması halları ilə maraqlanıb, cəbhə xəttidəki vəziyyət və hərbçilərin sosial-yaşayış şəraiti ilə tanış olublar.

Qeyd edək ki, Baronessa Koks bundan əvvəl də dəfələrlə Dağlıq Qarabağda olub.

Azərbaycan hakimiyyəti buna görə onu "qara siyayı"ya salıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG