Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 06:55

NATO üç taliban liderinin öldürüldüyünü bildirir


Pakistan. Hava zərbələri nəticəsində öldürülən Azam Tariq

NATO və Əfqanıstanın birgə hava zərbələri nəticəsində 3 Taliban liderinin öldürüldüyü bildirilir.

Bu barədə AzadlıqRadiosu-na Əfqanıstanın təhlükəsizlik qüvvələrindən adının açıqlanmasını istəməyən mənbə bildirib.

Məlumatda deyilir ki, sentyabrın 24-dəki hava zərbələri nəticəsində Pakistan Tehrik-e Taliban-ın Khan Said qrupunun sözçüsü, “Azam Tariq” kimi tanınan Raees Khan öldürülüb.

Buna da bax:​ «Taliban» lideri ABŞ-ı işğala son qoymağa çağırdı

Mənbə bildirib ki, hava zərbələri nəticəsində Tariq-in oğlu və Şərqi Vəziristandan iki Taliban lideri öldürülüb, amma onların adı açıqlanmır.

Nə Khan Said hərbi qruplaşması, nə də Əfqanıstan hakimiyyəti bu məlumatla bağlı açıqlama yaymayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG