Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 04:57

Rusiya hərbçiləri Pakistana gediblər


Rus hərbçilər Pakistanda.

Rusiya quru qoşunları Pakistanda ilk dəfə hərbi təlim keçəcək.

İki həftə davam edəcək hərbi təlimlə bağlı Pakistan ordusunun sözçüsü Asim Bajwa öz Twitter hesabında məlumat verib.

Rusiya Ordu Komandanlığının mətbuat xidməti bildirib ki, «Dostluq 2016» təlim məşqlərinə 70-dən çox rusiyalı hərbçi qoşulub.

Təlim-məşqlər Pakistanla Hindistan arasında münasibətlərin gərginləşdiyi vaxta təsadüf edir.

Pakistanın müdafiə və təhlükəsizlik üzrə eksperti «France Presse»ə deyib ki, bu təlim-məşqlər Rusiyanın Cənubi Asiyada mövqelərini genişləndirmək məqsədi daşıyır və Hindistanın ABŞ-la yaxınlaşmasının «təbii nəticəsidir».

Kəşmirdə sentyabrın 18-də azı 17 hindistanlı hərbçinin ölümündən sonra Hindistanla Pakistan arasında münasibətlər gərginləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG