Suriyada Assad hakimiyyəti üsyançıların əlində olan rayonları bombalamaqda davam edib. Bu barədə «Reuters» xəbər yayıb. Bunu İnsan Hüquqları Müşahidəçiləri mərkəzi də təsdiqləyib.
Sentyabrın 24-də Hələbin şərq hissəsinə aviazərbələr endirilib. Şəhər sakinləri bildiriblər ki, bombalama nəticəsində 50-yə yaxın adam ölüb, onların arasında uşaqlar da var. Bundan əvvəl isə Hələb hospitalından bildirilmişdi ki, minomyot atəşləri nəticəsində 90-dan çox adam ölüb.
Sentyabrın 22-də hakimiyyət elan edib ki, müxalifətin əlində olan rayonlara hücumları davam etdirəcək.
Rusiya və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəs Hələbə gedən humanitar karvana hücumdan sonra pozulub.
Amerika hərbçiləri bunda Moskva hərbi aviasiyasını günahlandırıb, Moskva isə ittihamları rədd edir.