İsrail sentyabrın 21-də Ankaradakı səfirliyinə hücum edildiyini bildirir.
Xarici işlər nazirliyi hücum edənin əlində bıçaq olduğunu, amma mühavizəçilər tərəfindən zərərsiləşdirildiyini və əməliyyat zamanı yaralandığını bildirir.
Səfirliyin əməkdaşlarına zərər dəyməyib.
NTV kanalı bundan əvvəl iki nəfərin səfirliyə girməyə cəhd göstərdiklərini və birinin zərərsizləşdirildiyini xəbər vermişdi.