Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:35
Müsavat-ın mitinqi
Müsavat-ın mitinqi

Müsavatın mitinqi: 'Hakimiyyət öz vətəndaşları ilə mübarizə aparır'

Müsavat partiyası referendum əleyhinə mitinq keçirib

Müsavat sentybarın 24-də mitinq üçün müraciət etməyəcək

Arif Hacılı bildirib ki, sentyabrın 24-də Müsavat partiyası mitinq keçirmək üçün Bakı şəhər icra hakimiyyətinə müraciət etməyəcək. Çünki sentyabrın 24-də Milli Şura mitinq üçün müraciət edib : “Amma bütün müsavatçılar bu mtitinqdə iştirak etməldir”.

Müsavat başqanı xalqı refrenedumda iştirak etməməyə, boykot etməyə çağırıb.

"Hakimiyyətin hədəfindədir"

Arif Hacılı deyib ki, Azərbaycanın istiqlal uğrunda mübarizə aparanlar bu günkü hakimiyyətin hədəfindədir: “Bu gün hakimiyyət öz vətəndaşları ilə mübarizə aparır. Ona görə də hakimiyyət bu mübarizədə məğlubiyyətə məhkumdur”.

Daha sonra mitinqin qətnaməsi oxunub. Qətnamə müəllifləri sentyabrın 26-da keçiriləcək referendumun ləğv olunmaısnı, islahatların keçirlməsini, Qarabağı azad olunması, əhalini rifahı istiqamətində tədbirlərin həyata keçirilməsini siyasi məhbuslar azad olunsunı tələb edib.

Mitinq sona çatdı.

Müsavat-ın mitinqi
Müsavat-ın mitinqi

"Əliyev rejiminin yanlış siyasəti"

“Əliyev rejiminin ölkədə apardığı yanlış siyasət nəticəsində Azərbaycan ağır böhran içərisindədir. Ölkədə təcili islahatlar həyata keçirilməlidir. Ancaq Əliyev rejimi bir əldə cəmləşmiş hakimiyyətin daha da bir əldə cəmləşməsi istiqamətində siyasət aparır”.

Mitinqdə çıxış edən Müsavat Partiaysının başqanı Arif Hacılı deyib ki, zorakılıq yolu ilə hakimiyyəti daha möhkəmləndirmək siyasətinə son qoyulmalıdır: “Azərbaycanda 100-dən artıq siyasi məhbus var. Xalq təzyiqlərə baxmayarq müqavimətini davm etdirir. Həbsdə olan siyasi məhbusların azadlığa çıxacağı gün uzaqda deyil. Həmin adamlar Azərbaycan üçün bir nümunə yaradırlar. Biz bu hakimiyyətin hakimiyytdən getməsini istəyirik”.

Davamı

XS
SM
MD
LG