Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 15:02
Müsavat-ın mitinqi
Müsavat-ın mitinqi

Müsavatın mitinqi: 'Hakimiyyət öz vətəndaşları ilə mübarizə aparır'

Müsavat partiyası referendum əleyhinə mitinq keçirib

Sentyabrın 18-də “Müsavat” partiyası “Məhsul” stadionunda mitinq keçirir.

Meydanda “Yaşasın Respublika”, Cümhuriyyəti biz qurduq. Biz də yaşadacağıq”, “F.Kərimova azadlıq”şüarları qalıdıb.

Mitiniqin aparıcısı elan edir ki, iştirakçıların meydana daxil olmasına yaradlan maneələrlə bağlı mitinqinin başlanması yubanır.

Aksiya ölkədəki mövcud ağır duruma və o cümlədən sentyabrın 26-da keiirlməsi gözlənilən Konstitusiyaya dəyişkliklərlə bağlı referenduma etiraz məqsədilə keçirilir.

Buna da bax

Mitinqi canlı burdan izlə

"Xalqın həyat səviyyəsi bankların kredit girovuna çevrilib"

“Biz gələcəyi hədəf seçməliyik. Bu gün xalqın həyat səviyyəsi həddindən artıq aşağıdır hakimiyyətin banklarının kredit girovlarına çevrilib. Yüzlərlə insan azad söz söylədiyi üçün həbslərə atılır, repressiyalara məruz qalırlar. Böhrandan çıxış yolunun tapılması real görünmür. Çünki bunu səbəbkarı elə bu rejimdir, İlham Əliyevdir”.

Bunu sentyabrın 18-də Müsavat Partiyasının mitinqində partiyanın lideri İsa Qəmbər deyib.

İsa Qəmbər bildirib ki, Fərəc Kərimlini də, Seymur Həzini də, nidaçları da, möminləri də Əliey rejimi həbsə atıb.

İsa Qəmbər sentyabrın 26-da keçiriləcək referendumu biabrçı adlandırıb: “Bu, biabrıçı referendumdur. Bu yolla ailə rejiminin möhkəmləndirmək istəyirlər” .

Mitinqə gələnləri polis saxlayıb

Mitinqdə elan olunub ki, mitinqə gəlmək istəyən Müsavat Partiyasının rayon təşkilatlarının bir çox fəallarını polsi saxlayıb. Saxlananlar arasında Salyan, Neftçala, Tərtər rayon təşkilatlarının fəalları var.

Hələlik bu məlumatı hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

Davamı

XS
SM
MD
LG