Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 08:37

Müsavatın mitinqi: 'Hakimiyyət öz vətəndaşları ilə mübarizə aparır'

Müsavat partiyası referendum əleyhinə mitinq keçirib


Müsavat-ın mitinqi

Arif Hacılı: "Bu gün hakimiyyət öz vətəndaşları ilə mübarizə aparır"

Arif Hacılı: "hakimiyyət öz vətəndaşları ilə mübarizə aparır"
Gözlə

No media source currently available

0:00 0:17:22 0:00

İsa Qəmbər: "Böhrandan çıxış yolunun tapılması real görünmür"

İsa Qəmbər: Böhrandan çıxış yolunun tapılması real görünmür
Gözlə

No media source currently available

0:00 0:15:13 0:00

Siyavuş Novruzov: “Onlar Azərbaycanın inkişafını görmür”

"Müsavatın bu günkü mitinqi "Sərbəst toplaşmaq haqqında" qanuna və Seçki Məcəlləsinə uyğun deyildi. Çünki orda çıxış edənlər həm referenduma toxundu, həm də digər şəxslərin hüquq və azadlıqlarını pozdular".

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzovun sözlərinə görə, mitinqə çox az adam gəlibmiş: “Onlar da mitinq təşkikatçılatçılarının yaxınları idilər. Mən qeyd edim ki, bu mitinq qanun pozuntusu ilə keçdi, bunu deməyə ordakı insanların çıxışı əsas verir. Orda həqiqətə uyğun olmayan və Azərbaycanın bugünkü inkişafının görməyən, ona qara yaxan çıxışlar oldu. Hamı görür ki, Azərbaycan bu gün həm xaricdə, həm daxildə xalqın mənafeyinə uyğun siyasət aparır".

Polis: "Mitinqdə 500 adam olub"

Sentyabrın 18-də Müsavat Partiyasının Məhsul stadionunda keçirdiyi mitinqində 500 nəfərədək adam işitrak edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Müsavat Partiyasının keçridiyi mitinqlə bağlı xəbərində belə deyilir.

BŞBPİ bildirir ki, mitinq zamanı asayişin kobud şəkildə pozulması halları baş verməyib.

Davamı

Şərhlər (6)

Bu forum dayandırılıb
XS
SM
MD
LG