Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:39

Elxan Abdullayev 'Neftçi'nin başına keçdi


Elkhan Abdullayev, Head coach of Neftchi
Elkhan Abdullayev, Head coach of Neftchi

Son turda doğma divarlar arasında “Qəbələ” klubuna 0:8 hesabı ilə məğlub olan “Neftçi”də yeni təyinatlar rəsmən açıqlanıb.

Klubun rəsmi saytında verilən xəbərə görə, əsas komandanın baş məşqçisi vəzifəsinə Elxan Abdullayev gətirilib. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov, idman direktoru vəzifəsinə də Orxan Hüseynzadə gətirilib. Həmçinin “Neftçi”də inzibati işlər üzrə baş menecer vəzifəsi İslam Abbasova tapşırılıb.

Buna da bax:​ Vəli Qasımov 'Neftçi'dən kənarlaşdırıldı

"Neftçi"də əsas komandanın baş məşqçisi vəzifəsinə Elxan Abdullayev gətirilib.

Bundan əvvəl “Neftçi” klubunda baş məşqçi postunu Vəli Qasımov tuturdu. O və digər rəsmilərin tutduqları postdan uzaqlaşdırılmasına dair Müşahidə Şurasının elə bu gün, sentyabrın 14-də günorta saatlarında qərarı açıqlamışdı.

Topaz Premyer Liqanın sentyabrın 10-da keçirilən 4-cü turunda “Neftçi” klubu evdə “Qəbələ”yə 0:8 hesablı məğlub olmuşdu.

Bundan sonra klubun Müşahidə Şurasının növbədənkənar iclası keçirilmişdi.

Buna da bax:​ Ağır məğlubiyyət 'Neftçi'də kimlərin başını yeyir (Qərar açıqlanır)

Elxan Abdullayev S.M.Kirov adına Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1991-ci ildən peşəkar futbolçu kimi Azərbaycanın müxtəlif komandalarında oynayıb.

İclasda qəbul olunan qərarlara görə, «Neftçi»nin yeni mövsümdəki nəticələri və yaydakı transfer siyasəti qənaətbəxş sayılmamışdı: «Bu transferlərin reallaşdırılmasında rolu olan şəxslər ciddi şəkildə cəzalandırılacaq və tutduğu vəzifədən kənarlaşdırılacaq. «Neftçi» PFK-nın hazırkı əsas heyətində ciddi islahatlar aparılacaq. Əsas komandanın məşqçi heyəti və klubun inzibati heyəti dəyişdiriləcək. O cümlədən klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zamanda mükafat və bonuslar ləğv ediləcək» - deyə məlumatda bildirilirdi.

Elxan Abdullayev S.M.Kirov adına Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1991-ci ildən peşəkar futbolçu kimi Azərbaycanın müxtəlif komandalarında oynayıb. 2001-ci ildə Almaniyada Ali Məşqçilər Məktəbini bitirib. Bundan əvvəl o, ölkənin bir sıra klublarında məşqçi kimi çalışıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG