Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 20:01

Manat 2-ci kərədir ki, bahalaşdı

Bakıda Exchange
Bakıda Exchange

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın sentyabrın 15-ə olan məzənnəsini açıqlayıb.

Rəsmi məzənnəyə görə, sentyabrın 15-də bir dollar 1,6375 manata bərabər olacaq.

İstirahət günlərində və sentyabrın 14-də rəsmi məzənnə 1,6390 manat olub.

Buna da bax:​ Hökumət hərraclarla manatı qoruya biləcəkmi?

Son iki valyuta hərracına daha çox dollar çıxarılır. Bu gün, sentyabrın 14-də keçirilən hərracda 78, bundan öncəki hərracda isə 300 milyon dollar satıldığı bildirilir. Nəticədə sentyabrın 9-dan başlayaraq manat az da olsa bahalaşıb. Halbuki, son 3 ayda manat dollara nisbətən tədricən dəyər itirirdi .

This item is part of
XS
SM
MD
LG