«Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın təcavüzünə dair Kontakt Qrupunun yaradılmasını təqdirəlayiq hesab edir. Qrupun fəaliyyətinin münaqişənin həllinə öz töhfəsini verəcəyinə əmindir».
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşdə belə deyib.
Bu haqda nazirliyin məlumatında bildirilir.
Buna da bax: Komitə və QMİ-nin mövqeləri fərqlənir
E. Məmmədyarov görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barədə bilgi verib. Görüşdə BMT Baş Assambleyasının qarşıdan gələn növbəti sessiyasında Kontakt Qrupun ilk iclasının keçiriləcəyi bildirilib. Tərəflər bundan məmnunluqlarını ifadə ediblər.
İslam Konfransı Təşkilatı 1969-cu ildə Mərakeşdə yaradılıb. 2011-ci il Astana sammitində bu qurum İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb.
Nazirliyin bildirməsinə görə, İyad bin Amin Mədəni Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu və təşkilatın işinə verdiyi töhfələri yüksək qiymətləndirib. Qonaq həmçinin, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi təşəbbüsünə görə, təşəkkürünü çatdırıb.
Görüşdə Azərbaycanla İƏT arasında əməkdaşlığın səviyyəsi, gələcək prioritet istiqamətləri, üzv dövlətlərlə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.
Buna da bax: Elmar Məmmədyarov: ‘Artıq bəsdir!’
İslam Konfransı Təşkilatı 1969-cu ildə Mərakeşdə yaradılıb. 2011-ci il Astana sammitində bu qurum İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb.
Azərbaycan 1992-ci ildən bu qurumun üzvüdür. Hazırda İƏT sıralarında 60-a yaxın ölkəni birləşdirir.