Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:27

«Hər kəs Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını qəbul edir və yaxşı bilir: Kimdir təcavüzkar! Kim Azərbaycan torpaqlarını işğal edib! Kim ölkəmə qarşı güc tətbiq edir! Kim beynəlxalq və humanitar hüququ pozub!».

Xarici işlər naziri Elmar Məmmədyarov Sentyabrın 1-də ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısındakı çıxışında belə deyib.

Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

E. Məmmədyarov qeyd edib ki, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozan Ermənistan 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal edib, orda etnik təmizləmə aparıb. Nazir toplantıda iştirak edən ermənistanlı həmkarına xitabən, Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu vurğulayıb, «Artıq bəsdir!» deyib.

«Danışıqlar masasında irəliləyişə nail olmağın və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zamanı yetişib. Beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət bütün dünya düzəni və beynəlxalq ictimaiyyət üçün mütləqdir. Bu xüsusda, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi ilə dəyişdirilməsinə yönəlik cəhdlərin qəbul edilməməzliyi təmin olunmalıdır», deyə E. Məmmədyarov vurğulayıb.

E. Məmmədyarov ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində keçirilən qeyri-rəsmi toplantısında iştirak edib.

Buna da bax: «Əli və Nino» bunu təbliğ edib - «Biz respublikaçıyıq, monarxist deyilik»

Toplantı ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Walter Steinmeier-in təşəbbüsü ilə keçirilib.

Görüşün məqsədi ATƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, ATƏT məkanına təsir üçün səmərəli mexanizmlərin hazırlanması ilə bağlı müzakirələrin aparılması olub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş rayonlarının qeyd və şərtsiz boşaldılması ilə bağlı 4 qətnaməsi olub. Bu qətnamələr indiyə kimi yerinə yetirilməyib.

Hazırda Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. Minsk Qrupuna Rusiya, Fransa və ABŞ həmsədrlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG