Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:15

Natiq Cəfərli ev dustaqlığına buraxılmadı


Natiq Cəfərli
Natiq Cəfərli

REAL Hərəkatının həbsdəki icraçı katibi Natiq Cəfərli ev dustaqlığına buraxılmayıb. Nəsimi Rayon Məhkəməsi sentyabrın 6-da belə qərar verib.

Bu haqda onun vəkillərindən Cavad Cavadov məlumat yayıb.

Vəkillərinin məhkəməyə müraciətində vurğulanırdı ki, N. Cəfərlinin ev dustaqlığına buraxılması araşdırmaya heç bir çətinlik yaratmır. Onlar N. Cəfərlinin girov müqabilində ev dustaqlığına buraxılmasını istəyirdilər.

Ancaq məhkəmə bu arqumentlərin yetərli olmadığı əsası ilə müraciəti təmin etməyib.

Buna da bax:​ Vəkil Natiq Cəfərli ilə görüşə bilmir

Vəkilləri qərardan şikayət verəcəklərini, sözügedən iş üzrə mümkün hüquqi vasitələrdən istifadəyə davam edəcəklərini bildiriblər.

N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

N. Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlarla N. Cəfərli əmlakı müsadirə olunmaqla, 3 ildən 8 ilədək həbs edilə bilər.

Buna da bax:​ REAL referendumda iştirakdan imtina etdi

REAL hərəkatı bəyanat verərək həbsi siyasi sifariş sayıb. Bəyanatda qeyd edilib ki, bu sifariş dövlət başçısından gəlib. REAL hərəkatı N. Cəfərlinin mənimsəmələrə yol vermədiyini, iddiaların cəfəngiyat olduğunu bildirir.

XS
SM
MD
LG