Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:43

REAL referendumda iştirakdan imtina etdi


REAL
REAL

«Son həbslər və təzyiqlər REAL hərəkatını sentyabrın 26-na təyin olunan referendumda iştirak etmək qərarından daşındırıb».

Bunu REAL hərəkatı rəhbərlərinin avqustun 22-də keçirilən mətbuat konfransında idarə heyətinin üzvi Azər Qasımlı deyib.

Ancaq onun deməsinə görə, bu qərar boykot hesab olunmamalıdır: «Biz imza kampaniyasını dayandırdıq. Həbs olunan Natiq Cəfərli və Toğrul İsmayılov Mərkəzi Seçki Komissiyasında REAL-ın səlahiyyətli nümayəndələri idi. Eyni zamanda, təşəbbüs qrupunun üzvü Elşən Qasımlı da həbs edilib. Bundan əlavə, xalqı məlumatlandırmaq üçün çap etdirdiyimiz 100 min flayer qeyri-qanuni şəkildə müsadirə olunub».

Buna da bax - 'Referendumdan sonra çox ciddi proseslər baş verə bilər'

Hərəkatın idarə heyətinin başqa bir üzvi Erkin Qədirli isə deyib ki, hakimiyyətə yaxın mediada REAL-a qarşı kampaniya aparılır. «Belə bir siyasi atmosferdə seçki kampaniyası aparmağın heç bir mənası yoxdur. Çünki hakimiyyət son həbslərlə və flayerlərin müsadirəsiylə onu göstərdi ki, referendumu diskussiya olmadan, sakit şəkildə keçirmək istəyir. Heç yarımüzakirə mühitinə belə razı deyillər. Son məhkəmə prosesləri isə ifadə azadlığının ciddi pozulmasıdır», - deyə E.Qədirli bildirib.

E.Qədirlinin deməsinə görə, hakim partiyanın bundan sonra onları imza toplaya bilməməkdə ittiham etməsi heç bir anlam daşımır.

Azər Qasımlı da deyib ki, imza kampaniyasına həbs və təzyiqlər imkan verməyib. «Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının nə deməsinin bizim üçün heç bir mənası yoxdur. Son həbslər və flayerlərin müsadirəsi artıq faktdır»,-deyə Azər Qasımlı vurğulayıb.

Buna da bax - Sırada həbsini gözləyənlər ölkəsi

Avqustun 12-də REAL-in icra katibi Natiq Cəfərli məhkəmənin qərarı ilə 4 ay azadlıqdan məhrum edilib. O, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir. Bu ittihamlarla N.Cəfərli əmlakı müsadirə olunmaqla 3 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilər.

REAL hərəkatı ittihamları qəbul etmir. N.Cəfərlinin prezidentin göstərişi ilə həbs olunduğunu bəyan edib.

Elşən Qasımov və Toğrul İsmayılov isə avqustun 15-i saxlanıb. Bir gün sonra onlar polisə müqavimətdə ittiham edilərək, 7 sutka inzibati həbs cəzası alıblar.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Buna da bax - Niyə REAL?

Niyə REAL?
Gözlə
Embed

No media source currently available

0:00 0:13:59 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG