Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:35

Cəbhəçi gəncin rəsmi ittihamında nələr yazılıb?


Fuad Əhmədli
Fuad Əhmədli

Həbsdə olan AXCP üzvünün səhhətində problemlər var

AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə AzadlıqRadiosu-na gənc fəalın vəkili Əsabəli Mustafayev məlumat verib.

Buna da bax: Faiq Əmirli maşınından çıxan kitabların ona aid olmadığını deyir [video]

“HƏBSDƏ SAXLANMASINA ƏSAS YOXDUR”

Vəkil bildirib ki, F.Əhmədlinin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onun ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət olunub: "Əvvəla, Fuad Əhmədlinin həbsdə saxlanılmasından ötrü əsaslar yoxdur. İkincisi, onun səhhətində çox kəskin problemlər var. O, kifayət qədər ciddi xəstəlikdən əziyyət çəkir və xüsusi rejimdə saxlanmalı, müalicə olunmalıdır".

Buna da bax: Əli Kərimli ona qarşı «Gülençi» ittihamları barədə

Ə.Mustafayev deyir ki, Fuadın təcridxanada saxlanma şəraitindən şikayəti olmasa da, onun yaxınları ilə telefonla danışmaq və görüşmək hüququ məhdudlaşdırılıb. Bildirilib ki, təcridxana rəhbərliyi belə bir göstəriş verib.

"Əgər yaxın günlərdə Fuad Əhmədlinin bu hüquqları bərpa olunmasa, təcridxana rəhbərliyindən məhkəməyə şikayət edəcəyik", – vəkil bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov "Azadlıq" qəzetinin bu barədə sorğusuna cavab olaraq bildirib ki, məsələni araşdırıb, sabah məlumat verəcək.

Buna da bax: Azərbaycanda yeni ittiham: Gülençi

FUAD ƏHMƏDLİ NİYƏ SAXLANIB

F.Əhmədli avqustun 18-də həbs olunub. Ona CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham verilib.

Bu həbslə əlaqədar rəsmi məlumatda deyilir ki, "Azerfon" MMC-də "Zənglər mərkəzi"ndə operator vəzifəsində işləyən Fuad Əhmədli abunəçilərə aid fərdi məlumatları, o cümlədən zəng tarixçələrindən çıxarışları, antenalar üzrə olduqları yerləri və s. qapalı məlumatları çıxarıb, müəyyən adamlara ötürüb. Onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat və CD disklər, Fethullah Gülen-in çıxışları olan vərəqələr, "Gülen camaatı" adlandırılan qrupun üzvləri, "Hizmet imam"ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

F.Əhmədlinin yaxınları isə evdən Gülen-ə aid kitab və sənədlərin götürülməsi barədə deyilənlərin yalan olduğunu bildirir.

Buna da bax: Türkiyədə çevriliş cəhdi Əliyev klanını qorxudub?

AXCP də bəyan edib ki, Fuad Əhmədliyə irəli sürülən ittihamlar birmənalı şəkildə yalan və quramadır: "Bu, partiya üzvlərini və onun sədrini Fethullah Gülen-ə bağlamaqdan ötrü hakimiyyətin əl atdığı çirkin saxtakarlıqlardan biridir".

Türkiyə hökuməti 15 iyul çevriliş cəhdinə görə ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-i ittiham edir, onun ekstradisiyasını istəyir. Gülen isə ittihamları "yalan" adlandırır.

Buna da bax: Fethullah Gülen, Erdoğan və «İmamın ordusu»

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG