Sentyabrın 4-də ABŞ və Türkiyə prezidentləri Barack Obama və Recep Tayyip Erdoğan görüşüblər. 45 dəqiqə sürən görüşdən sonra Erdoğan bildirib ki, bütün terror təşkilatlarına qarşı birgə mübarizə aparmağa məcburuq: «Təmənnamız cənubda bir terror dəhlizi olmasın», Erdoğan deyib. O, 15 iyulda dövlət çevrilişi cəhdinə də toxunub, «Feto» hərəkətindən bəhs edib, deyib ki, Fətullah Gülenlə bağlı çevriliş cəhdindən əvvəl də ABŞ-a sənədlər göndərilmişdi: «15 iyuldan sonra hazırlanan sənədlər də ABŞ-dan gələn heyətə daha sonra təqdim ediləcək».
Buna da bax: Türkiyədə çevriliş cəhdi: Hər şey necə başladı?
Barack Obama isə Türkiyəyə miqrantlara qapı açdığı üçün təşəkkür edib, deyib ki, digər dövlətlərlə müqayisədə Türkiyə daha çox miqrant qəbul edib.
15 iyul baş tutmayan dövlət çevrilişinə cəhddən sonra ABŞ-da yaşayan Fətullah Gülənin Türkiyəyə verilməsi üzündən Vaşinqton və İstanbul arasında münasibətlər gərginləşib. Əvəzində Rusiya Türkiyə arasında yaxınlaşma müşahidə olunur.
Buna da bax: Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb
Prezidentlər Çində keçirilən Böyük 20-liyin sammiti çərçivəsində təkbətək görüşüblər.