Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 06:49

Zəlzələyə ən az davamlı ölkələr


Şəkinin kəndləri zəlzələdən sonra- [Video]
Gözlə

No media source currently available

0:00 0:06:18 0:00

Şəkinin kəndləri zəlzələdən sonra- [Video]

-

Avqustun 25-i Birləşmiş Millətlər Universiteti tərəfindən nəşr olunmuş “Dünya riski 2016” hesabatına görə, Sakit okean adaları, Cənub-şərqi Asiya ölkələri, Mərkəzi Amerika dövlətləri dünyanın ən riskli bölgələri sırasındadır. Hesabat ölkələrin infrasturukturuna görə onların təbii fəlakətlərə dözümlülüyü əsasında müəyyənləşdirilib.

Ştutqart universiteti tərəfindən aparılan dünya risk indeksi hesablamaları infrastrukturuna görə zəlzələ, daşqın, qasırğa kimi təbii fəlakət qurbanı ola biləcək dünyanın 171 ölkəsinin siyahısını müəyyənləşdirib.

Hesabatdan bir neçə fakt:

Ən riskli ölkə siyahısına Vanuatu başçılıq edir. Sonrakı yerlərdə Tonqa, Flippin, Qvatemala və Banqladeş gəlir. Ən az riskli 5 ölkə siyahısı isə belədir. Qətər, Malta, Səudiyyə Ərəbistanı, Barbados, Qrenada.

İnfrastrukturu təbii fəlakətlər qarşısında tab gətirməyəcək 15 ölkədən 13-ü Afrika qitəsində yerləşir.

Yaponiya yüksək qoruma texnologiyalarına baxmayaraq, çoxsaylı daşqın və zəlzələlərə görə riskli ölkələr siyahısında 17-ci sıradadır. Bu siyahının ilk sıralarında yerləşən regionlar 2011-ci ildən eyni riskli vəziyyətdə qalmağa davam edir. Azərbaycan bu hesabatda riski az olan ölkələr siyahısındadır. Siyahıda Azərbaycan 102-cidir.

Multimedia

XS
SM
MD
LG