Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 05:22

Neft ucuzlaşıb


Iraq neftçisi, arxiv fotosu

-

Avqustun 22-də neftin qiyməti düşüb. Səbəb İraqın bir neçə günə ixracı 5 faiz artıracağı barədə açıqlama yaymasıdır. Belə ki, ölkənin şimalındakı üç neft yatağından neft göndərişləri bərpa olunur.

Şimaldakı neft mərkəzi sayılan Kərkük şəhərinin rəsmiləri “Bloomberg News”a deyiblər ki, ixrac günə 150 min barrel artacaq, Baba Gorgor, Cambur və Xabbaz yataqlarından ixrac bərpa olunur.

Bu neft yataqlarını dövlətin Şimali Neft Korporasiyası idarə edir, amma ixrac kəmərinə nəzarət yarımmuxtar Kürdüstan Regional Hökumətinə məxsusdur. Şirkət kürd hökumətiylə ödənişlə bağlı mübahisə üzündən yataqlardan ixracı dayandırmışdı.

İraqın yeni neft naziri Jabbar al-Luaibi ötən həftə bildirib ki, mübahisəni həll edəcək. Baş nazir Haidar Al-Abadi isə neft nazirliyinə kəmərə neft vurulmasını bərpa etmək göstərişi verib.

Bu il İraq ixracı artırmağa çalışır, neftin ucuzlaşmasını bu yolla kompensasiya etmək istəyir. İyulda İraq günə 3,71 milyon barrel neft ixrac edib.

İraqın açıqlamasından sonra Londonda xam neftin barreli 1,72 dollar ucuzlaşaraq 49,16 dollara bərabərləşib.

XS
SM
MD
LG