-
Səbael Rayon Məhkəməsinin qərarı ilə 7 sutka həbs cəzası alan REAL hərakatının üzvləri Toğrul İsmayılov və Elşən Qasımov avqustun 22-də azadlığa çıxıb.
Bu barədə hüquq müdafiəçisi, REAL üzvü Rəsul Cəfərov məlumat yayıb.
“Referendum ve Ilgar Məmmədov haqda flayerlerə görə, həbs edilən gənc REAL-çılar Toğrul İsmayılov və Elşən Qasımov azadlığa chixdilar!”-deyə o bilirib.
Buna da bax: 'Azərbaycanda yeni repressiyalar başlayıb' - HRW
Elşən Qasımov və Toğrul İsmayılov avqustun 15-i saxlanıb. Bir gün ailə üzviləri və vəkillər onları axtarsalar da yerlərini müəyyən edə bilməmişdilər.
Yalnız avqustun 16-da gənclərin Səbael Rayon Məhkəməsinə aparıldığı bəlli olmuşdu. Gənclər polisə müqavimətdə ittiham edilərək, 7 sutka inzibati həbs cəzası almışdılar.