Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:02

REAL-çı gənclər Baş Polis İdarəsində sorğu-sual edilib


Toğrul İsmayılov (solda) və Elşən Qasımov
Toğrul İsmayılov (solda) və Elşən Qasımov

“Barələrində inzibati həbs qərarı verilən REAL-çılar Toğrul İsmayılov Elşən Qasımov avqustun 16-da Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İdarəsinin müstəntiqi Orxan Babayev onları 3 saatdan çox dindirib”.

Bunu "Turan" informasiya agentliyinə açıqlamasında gənclərin vəkili Elçin Sadıqov deyib.

Avqustun 18-də Daxili İşlər Nazirliyinin inzibati qaydada həbs olunan şəxslərin saxlanılması yerində gənclərlə görüşən vəkilin bildirdiyinə görə, dindirmə zamanı suallar REAL hərəkatı və hazırda həbsdə olan icra katibi Natiq Cəfərli barədə olub.

“Gəncləri avqustun 17-də yenidən dindiriliblər. Bu dəfə dindirmədə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı da iştirak edib”, deyən vəkil vurğulayıb ki, həbsdə saxlanılan şəxslərin başqa yerə aparılması qanunvericiliyə ziddir.

“Onların qanunsuz olaraq Bakı Şəhər Baş Polis İdarəsinə etap olunması barədə müvafiq qurumlara şikayət edəcəyik. Ümumiyyətlə, hər iki gəncin həbsi qanunsuzdur. Həm də onların 9-cu polis bölməsinin həyətində saxlanılması da qanunsuzdur. Çünki orda saxlanmaq üçün şərait yoxdur ”, vəkil bildirib.

***Bunlara da baxın:


Elşən Qasımov və Toğrul İsmayılov avqustun 15-də saxlanmışdı. Hərəkat təmsilçilərinin və vəkillərin axtarışlarına baxmayaraq, gənclərin yerini həmin gün müəyyən etmək mümkün olmamışdı.

Yalnız avqustun 16-da gənclərin Səbail Rayon Məhkəməsinə aparıldıqları bəlli olmuşdu. Məhkəmə gəncləri polisə tabe olmamaqda günahlandıraraq, onlara 7 sutka inzibati həbs cəzası vermişdi.

Elşən Qasımovla Toğrul İsmayılov REAL hərəkatının sentyabrın 26-na təyin edilən referendumla bağlı təsis etdiyi “Respublikaçı Alternativ” Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndələridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG