Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:11

REAL fəalları qeyd-şərtsiz azad edilməlidir - Amnesty International


Amnesty International
Amnesty International

«Amnesty International» hüquq-müdafiə təşkilatı REAL hərəkatının son günlərdə həbs olunan üç fəalının - Natiq Cəfərli, Elşən Qasımov və Toğrul İsmayılovun həbsini pisləyib.

«Azərbaycan hakimiyyəti Natiq Cəfərli, Elşən Qasımov və Toğrul İsmayılovun üzərindən bütün ittihamları götürməli və onları dərhal qeyd-şərtsiz azad etməlidir», - «Amnesty International»ın avqustun 16-da yaydığı bəyanatda deyilir.

«Üç siyasi fəalın həbsi hakimiyyət orqanlarının ölkədə fundamental ifadə və assosiasiya azadlığının təmin edilməsinə ardıcıl sərt münasibətinin göstəricisidir», - bəyanatda vurğulanır.

REAL hərəkatının icraçı katibi Natiq Cəfərli avqustun 12-də qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadə ittihamı ilə həbs edilib. Ona 4 ay həbs cəzası verilib.

REAL-ın gənc fəalları Elşən Qasımov və Toğrul İsmayılov da avqustun 15-də saxlanıblar. Onlar növbəti gün polisə tabe olmamaqda günahlandırılaraq, inzibati qaydada 7 sutka həbs cəzası alıblar.

Buna da bax - Niyə ReAl?

Niyə REAL?
Gözlə
Embed

No media source currently available

0:00 0:13:59 0:00

XS
SM
MD
LG