Keçid linkləri

2017, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:07

BMT Suriyada hümnatar missiyanı dayandırdı


Staffan de Mistura

BMT avqustun 18-də Suriyada hümnatar missiyanı dayandırıb.

Təşkilat buna səbəb kimi hərbi əməliyyatların intensivləşməsini göstərir.

BMT-nin Suriya üzrə xüsusi elçisi Stefan de Misturanın sözlərinə görə, avqustda Hələbdə mühasirədə olan ərazilərə bir dənə də olsun hümanitar maşın karvanı keçə bilməyib.

O bir daha 48 saatlıq hümanitar fasilə elan etməyə çağırıb.

Mistura deyib ki, ABŞ-la Rusiya sülhə nail olmaqüçün bütün səylərə əl atmalıdırlar.

Hazırda Suriyada təxminən 600 min adam mühasirədədir.

XS
SM
MD
LG