Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı güləşçi Rəsul Çunayev avqustun 16-da mübarizəyə başlayıb.
O 1/16 finalda kubalı Migel Palasio Martinezlə qarşılaşıb və rəqibinə 4:2 hesabı ilə qalib gələrək 1/8 finala çıxıb.
Bu dəfə onun rəqibi rusiyalı olimpiya çempionu İslambek Albiyev olub.
Rəsul Çunayev bu dəfə də rəqibinə 3:2 hesabı ilə qalib gələrək 1/4 finala çıxıb.
Güləşçi 1/4 finalda əlcəzairli idmançısı Tarek Əziz Benaissa ilə qarşılaşıb və yenə də 10:2 hesabı ilə qalib gələrək yarımfinala çıxıb. Yarımfinalda onun rəqibi Ermənistan idmançısı Miqran Arutunyan olub.
Yarımfinal qarşılaşmalarının Bakı vaxtı ilə saat 19.28-də başlanması nəzərdə tutulub.