Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 08:08

Azərbaycanlı boksçular 1/4 və 1/8 finalda


Foto arxiv

Rio Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

91 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanınlı boksçu Məhəmmədrəsul Məcidov 1/16 finalda mərakeşli Mohammed Arjaoui ilə qarşılaşıb.

Hər 3 raundda rəqibindən üstün olan Məcidov 1/8 finala çıxıb.

60 kq çəki dərəcəsində mübarizə aparan digər Azərbaycan boksçusu Albert Səlimov isə 1/8 finalda irlandiyalı Devid Coyslaqarşılaşıb.

O da hər 3 raundda rəqibindən üstün olaraq 1/4 finala çıxıb.

Səlimov aqustun 13-də ¼ finalda fransalı Sofyan Umia ilə qarşılaşacaq.

XS
SM
MD
LG