Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 15:02

Kabildə oğurlanan var


Kabil, arxiv fotosu

-

Əfqanıstan paytaxtı Kabildə bir amerikalı və bir avstraliyalı oğurlanıb.

Rəsmilər avqustun 8-də bildirib ki, həmin şəxslər bazar günü axşam Amerika Universiteti yaxınlığındakı yolda hərbi geyimli silahlılar tərəfindən maşınlarından çıxarılıb aparılıblar. Oğurlananların universitetin əməkdaşları olduqları güman edilir.

ABŞ və Avstraliya rəsmiləri məlumatlardan xəbərdar olduqlarını və izahat gözlədiklərini söyləyiblər.

İki həftə öncə hindistanlı xeyriyyə işçisi xilas olunub, o, Kabilin mərkəzindəki evi yaxınlığından aparılmışdı.

Kabildə ötən il oğurlanmış daha 3 əcnəbi də bu yaxınlarda azadlığa buraxılıb.

XS
SM
MD
LG