Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 10:29

“İslam Dövləti” qrupu 3 minədək qaçqını girov götürüb


Foto arxiv

Foto arxiv

“İslam Dövləti” qrupu İraqda 3 minədək qaçqını girov götürüb.

BMT-nin avqustun 5-də yaydığı hesabatda belə deyilir.

Söhbət İraqın şimalında yerləşən Kərkük əyalətindəki al Hawija rayonunun sakinlərindən gedir.

Onlar yaraqlıların əlinə avqustun 4-də keçiblər.

Məlumatlara görə yaraqlılar 10-dan çox girovu edam ediblər.

Müharibəyədək bu rayonda 400 minədək əhali yaşayıb.

Bu rayon islamçıların nəzarətindədir. Yerli sakinlər onlardan qaçmaq istəyirmişlər.

Son 2 ildə İraqda azı 3 milyon yarım adam ev-eşiyindən didərgin düşüb.

XS
SM
MD
LG