Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:46

Qarabağ - Viktoriya oyunu- [fotolarda]

-
Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" cavab oyununa evdə çıxıb.

"Qarabağ" Çexiya çempionu "Viktoriya"nı qəbul edib. Hesabı 28-ci dəqiqədə Muarem Muarem açıb. Bundan sonra "Qarabağ"ın bir neçə qol imkanı olsa da, bundan yararlana bilməyib. Əvəzində 85-ci dəqiqədə Mihael Krmençik bərabərliyi təmin edib. İlk matç 0:0 hesabı ilə başa çatdığından mərhələ keçən tərəf "Viktoriya" olub. "Qarabağ" isə mübarizəni Avropa Liqasının "pley-off" mərhələsində davam etdirəcək.

Qeyd edək ki, bu "Qarabağ"ın ardıcıl 3-cü dəfə Çempionlar Liqasının III təsnifat mərhələsindəki çıxışı olub. Lakin Azərbaycan çempionu yenə bu səddi keçə bilməyib.

Davamı

Bölmələr

XS
SM
MD
LG