Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 17:58

Rio-de-Janeyro 2016-nın açılışı ucuz olacaq


Foto arxiv

Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarının açılışı əvvəlki Olimpiadalarda olduğu kimi bahalı olmayacaq.

İdman portallarının məlumatına görə, bunu tədbirin icraçı prodüseri Marko Baliç deyib.

O, bunun Braziliyadakı çətin iqtisadi vəziyyətlə bağlı olduğunu deyib və qeyd edib ki, xərc , 2012-ci il London olimpiya oyunlarının açılışına çəkilən 42 milyon dolların təxminən yarısı qədər olacaq.

Qeyd edək ki, Rio-2016-nın açılış mərasimi avqustun 5-də "Marakana" stadionunda keçiriləcək.

Olimpiada avqustun 21-də başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG