Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 16:26

Bahalanmaların axırı hara gedir?


Çörək
Çörək

İndi də çörək bahalandı. Bunun ardınca yəqin ki, o biri məhsullar da bahalanacaq. Çörəyin bahalnması ilə bağlı aqrar məsələləri üzrə ekspert Vahid Məhərrəmov Azadlıq Radiosuna bir maraqlı problemi qeyd edirdi: dünyada taxıl 30 faiz ucuzlaşdığı vaxtda çörək niyə bahalanmalıdır?!

Deməli, daxili istehsalda və ya iqtisadi strukturda problemlər var.

Nə etmək lazımdır və bu bahalanmalar hara gedir?

ƏDV-DƏN AZAD ETMƏK?

İqtisadçı ekspert Ruslan Atakişiyev deyir ki, azad bazar iqtisadiyyatında şirkətlər müstəqil şəkildə qiymət tənzimləməsi həyata keçirirlər. Ancaq bu qiymət artımının qarşısını almaq üçün hökumət stimullaşdırıcı təıdbirlər həyata keçirməlidir.

“İndiki dövrdə bazar iqtisadiyyatı şəraitinə uyğun olaraq müəssisələr və şirkətlər özləri müstəqil şəkildə bu qiymət artımı siyasətini həyata keçirirlər. Amma belə strateji məhsullar ki, var, əhalinin gündəlik tələbatında mühüm olan məhsullar ki, var, bunlarda dövlət hər hansı bir tənzimləmə siyasəti həyata keçirə bilər.

Ruslan Atakişiyev: "ƏDV-dən azad etmək olardı"
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00
Direct-ə keçid

Qiymət artımına təsir edən amillər dərindən öyrənilməlidir, araşdırılmalıdır. Bunun qarşısını inzibati yollarla almaq düzgün deyil. Burda bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilməsi daha uyğun olardı. Məsələn əvvəlki nümunələrdə stimullaşdırıcı amil kimi əlavə dəyər vergisindən azad olma qiymətlərin aşağı düşməsinə gətirib çıxarmışdı. Bu kimi başqa stimullaşdırıcı tədbirlərdən istifadə etmək olar”.

İŞIQ BAHALANDI, BU, REAKSİYADIR

İqtisadçı ekspert Oqtay Haqverdiyev isə deyir ki, bahalaşmanın əsas səbəblərindən biri tarif şurasının son qərarına istehlak bazarının reaksiyası və bir də monopolistlərin öz siyasətidir.

Oktay Hagverdiyev
Oktay Hagverdiyev

“Bu, elektrik enerjisinin 1 qəpik artırılmasına istehlak bazarının reaksiyasıdır. Yəni, bu birinci dəfə deyil belə olur. Hər dəfə Tarif şurasında hər hansı bir dəyişiklik olanda istehlak bazarı mütləq buna reaksiya verir. Bir də istehlak bazarının özünün tənsimlənməsi monopolistlər tərəfindən icra olunur. Monopolistlər məhsula hansı qiyməti qoymaq istəyirlərsə onu da qoyurlar. Bu o qədər də qeyri adi məsələ deyil. Bir də mövsümi xarakterlər də rol oynayır. Hər il olur bu. Ötən illə müqayisədə meyvə-tərəvəzin qiyməti demək olar ki, iki dəfə artıb. Bu monopolistlərin siyasətidir”.

QİYMƏTİ AŞAĞI SAXLAMAQ MÜMKÜN OLMUR

İqtisadçı ekspert Vüqar Bayramov isə bahalaşmanı devalvasiya, manatın məzənnəsinin aşağı düşməsi və bir çox məhsulların ölkəyə idxal olunması ilə əlaqələndirir.

2016-cı ildə bahalaşmanın olacağını biz əvvəlcədən proqnozlaşdırırdıq. Həm nəzərə alsaq ki, ikinci devalvasiyadan sonra Azərbaycanda 2016-cı ildə ikirəqəmli inflyasiyanın olacağını proqnozlaşdırılırdı. Dövlət Statistika Komitəsinin məlumatlarında da artıq ikirəqəmli inflyasiyanın olduğu bildirilir. Bu isə o deməkdir ki, son illər ilk dəfə olaraq Azərbaycan iqtisadiyyatında ikirəqəmli inflyasiya müşahidə edilir. Bu da təbii ki, qiymət artımları ilə bağlıdır.

Vüqar Bayramov
Vüqar Bayramov

Qiymət artımı ikinci devalvasiyadan sonra daha da sürətlənməyə başladı və qeyd etmək lazımdır ki, mövcud bahalaşmanın səbəbi məhz manatın dəyər itirməsidir. Nəzərə alsaq ki, ikinci devalvasiyadan sonra manatın daha kəskin dəyər itirməsi, ölkədə istehlak bazarında xaricden idxal edilən məhsulların çox olması nəticə etibarı ilə qiymətlərin artmasına gətirib çıxarıb. Bir sektorda qiymət artırsa, nəticə etibarı ilə digər sektorlarda da qiymət artımına gətirib çıxarır.

Ona görə də manatın zəifləməsi , ikinci devalvasiya və bunlardan sonra bazardakı yerli məhsulların qiymətlərini bir müddət tənzimləmək mümkün olsa da qiymət artımını uzun müddət tənzimləmək mümkün deyildi və mümkün olmadı. Əvvəldən gözlənilən qiymət artımlarına gətirib çıxardı.

Ölkəyə daxil olan valyutanın həcmi də birmənalı olaraq buna təsir göstərir. Ölkəyə daxil olan valyutanın həcmində azalmalar var. Ölkəyə nə qədər az valyuta daxil olursa, ölkənin iqtisadi baxımdan manevr imkanı o qədər məhdudlaşır. Azərbaycanda idxal məhsullarının hələ də üstünlük təşkil etməsi, manatın məzənnəsinin aşağı olması idxal olunan məhsulların qiymətini artırır. Çünki həmin məhsullar dollarla alınır və bazarda manatla satılır. Son 3 ayda manatın dollara nisbətən məzənnəsində azalmalar davam edir. Bu idxal olunan məhsulların qiymətinə təsir göstərir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG