Keçid linkləri

2025, 20 Mart, Cümə axşamı, Bakı vaxtı 06:33

Fazil İsgəndər vəfat edib


Yazıçı Fazil İsgəndər, 01 okt. 1998
Yazıçı Fazil İsgəndər, 01 okt. 1998

Klassik sovet yazıçısı Fazil İsgəndər 88 yaşında Moskvada vəfat edib.

Bu barədə “Exo Moskva” xəbər yayıb. Onun iyulun 31-də səhər saatlarında vəfat etdiyi bildirilir.

Fazil İsgəndər 1929-cu ildə Suximidə anadan olub. Moskvada 1954-ci ildə Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

50-ci illərin sonlarında “Gənclik” jurnalında çap olunmağa başlayıb.

Buna da bax: Nüfuzlu rus ədəbi mükafatının qısa siyahısında 10 amerikalı

O, "Çeqemli Sandro", "Çikin uşaqlığı" eposu, "Dovşanlar və ilanlar" povesti, "Rusiya barədə düşünən və amerikalı" esse-dialoqu, "İnsan və onun ətrafı", "Şair", "İnsan dayanacağı" və s. populyar əsərlərin müəllifi olub.

XS
SM
MD
LG