Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:02

Nüfuzlu rus ədəbi mükafatının qısa siyahısında 10 amerikalı


 Yasnaya Polyana

Yasnaya Polyana

-

Rusiyanın nüfuzlu "Yasnaya Polyana" mükafatının Xarici ədəbiyyat nominasiyasında bu il kimlər var?

Ruth Ozeki

Ruth Ozeki

Keçən il yapon-amerikan yazıçı Ruth Ozeki məşhur "A Tale for the Time Being" kitabıyla birinci yeri tutmuşdu.

Bu il namizədlərin sayı 31-dir və onlar Hindistandan ABŞ-a qədər çoxlu ölkələri təmsil edirlər. Yazıçılardan on nəfəri amerikalıdır. Siyahıda Azərbaycan yoxdur.

Qalibə 15 min ABŞ dolları veriləcək, romanı rus dilinə tərcümə edən üçün də pul mükafatı olacaq.

Namizədlər arasında Nobel mükafatlı Herta Müller (Almaniya), Jean Patrick Modiano (Fransa), John Maxwell Coetzee (CAR), Orxan Pamuk (Türkiyə) kimi nüfuzlu yazıçılar var.

Siyahıdakı kitabları Rusiyanın aparıcı ədəbiyyat tənqidçiləri, tərcüməçiləri və naşirləri seçiblər.

"Yasnaya Polyana" ədəbi mükafatı 2003-cü ildə yaradılıb. Rusiyanın Zakhar Prilepin, Alexei Ivanov, Fazil Isgəndər, Eugene Vodolazkin, Roman Senchin, Gözəl Yakhina kimi yazıçıları onun qalibi olub. Münsiflər heyətinin sədri Vladimir Tolstoydur. Mükafatın rus ədəbiyyatı üzrə müxtəlif janrlar üçün nominasiyaları, xarici ədəbiyyat üzrə isə bir - roman nominasiyası var.

Günün bütün mövzuları

XS
SM
MD
LG