Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:50

Suriya mediası Hələb 'dəhlizi'ndən yazır


Suriya, Hələb, Dinc əhali mühasirədə olan şəhərdən çıxır, 25 iyul, 2016
Suriya, Hələb, Dinc əhali mühasirədə olan şəhərdən çıxır, 25 iyul, 2016

Suriyanın dövlət mediası xəbər verir ki, şəhərdəki mülki şəxslərdən 169 nəfəri «təhlükəsizlik dəhlizi» ilə Hələbi tərk edib. Onlardan çoxu yaşı 40-ı keçən qadındır. Moskva və Dəməşq bəyan edib ki, onlar müxalif qüvvələrin əlində olan şəhərdən mülki əhalini xilas etməyə hazırlaşırlar.

Hələbdə müxalif qüvvələr isə bu təbliğatı rədd edir, bildirirlər ki, iyulun 30-da Hələbin yaxınlığındakı keçid məntəqələrinin 4-dən azı üçü bağlı olub.

Buna da bax: Hələbdən humanitar dəhliz açılır

Hələbdə 250 min mülki şəxs var, üsyançılar bildirirlər ki, hətta əgər bu humanitar dəhlizlər fəaliyyət göstərsə belə əksər əhali ərzaq qıtlığı ilə üz-üzə dayanıb və Moskva və Dəməşqə etibar etməkdənsə döyüşü davam etdirir.

Suriya dövlət mediası xəbər verir ki, üsyançılardan dəhliz vasitəsilə Hələbi tərk edənlər var, onlar Dəməşqin amnistiya vədinə inanıb bu addımı atıblar.

Buna da bax: Fransa Rusiya ilə Suriyanın təklifini səmərəsiz sayır

Ancaq telexəbərdə dəhlizi tərk edən vətəndaşlarla bağlı hər hansı kadr yoxdur.

ABŞ rəsmiləri və Suriya üsyançı qüvvələri hesab edirlər ki, Moskva və Dəməşqin «humanitar dəhlizi» əhalini Hələbdən çıxarmaqla sonradan ora tutmaq planın tərkib hissəsidir.

Rusiya və Suriya hökumətləri ölkənin şimalındakı Hələb şəhərindən dinc sakinlərin çıxmasından ötrü humanitar dəhlizlər açır. Həmçinin silahları yerə qoymaq istəyən döyüşçülərə çıxış təklif olunub.

5 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

Buna da bax: 'Erdoğan-la Putin bir-birini sevir'

XS
SM
MD
LG