Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 03:54

-

Rusiya və Suriya hökumətləri ölkənin şimalındakı Hələb şəhərindən dinc sakinlərin çıxmasından ötrü humanitar dəhlizlər açır. Həmçinin silahları yerə qoymaq istəyən döyüşçülərə çıxış təklif olunur.

Açıqlamanı Rusiyanın Müdafiə naziri Sergei Shoigu verib. Bu arada Suriya hökumət qüvvələri üsyançıların əlində olan Hələb ətrafında nəzarəti gücləndirib. Hələbdə 250 min dinc sakinin qaldığı güman olunur.

Shoigu Hələbdən üç humanitar dəhlizin adını çəkib, şəhər kənarında isə ərzaq və təcili yardım məntəqələri açılıb.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı bildirir ki, şəhərə marşrutları göstərən xəritələr atılıb.

Prezident Bashar Assad üç ay ərzində silahı yerə qoyub təslim olan üsyançılara amnistiya təklif edib.

Üsyançıları saxladıqları şəxsləri azadlığa buraxmağa çağırırlar.

XS
SM
MD
LG