Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:22

Fransanın xarici işlər nazirliyi Rusiya ilə Suriya hökumətinin mühasirədə olan Hələb şəhərinə təklif ertdikləri hümanitar dəhlizləri səmərəsiz adlandırıb.

Nazirliyin bəyanatında deyilir ki, ərzaq və dəva-dərmandan məhrum olan şəhər sakinlərinə evlərini tərk etmədən yardım göstərilməlidir.

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura iyulun 29-da Rusiyanı şəhərə hümanitar dəhlizləri təşkilatın nəzarətinə verməyə çağırıb.

Rusiya ilə Suriya hökuməti dinc sakinlərin şəhəri tərk etməsi üçün iyulun 28-də hümanitar dəhlizlər açıqldığını bəyan ediblər.

Hazırda şəhərdə 200 mindən çox əhali var.

BMT-nin məlumatına görə artıq avqustda şəhərdə ərzaq qıtlığı yaranacaq.

Bu şəhər üsyançılar və hökumət qüvvələrindən ibarət iki hissəyə bölünüb.

5 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG