Royal Dutch Shell Plc-nin ikinci rübdə mənfəəti 72 faiz düşüb. Neft şirkətinin mənfəəti gözləntilərdən də aşağı çıxıb.
Avropanın ən böyük neft şirkəti olan Dutch Shellin mənfəəti ikinci rübdə 1 milyard dollar səviyyəsində olub. Şirkət, bir il əvvəl eyni dövründə 3,8 milyard dollar mənfəət əldə etmişdi. 12 analitikin orta hesabla gözləntisi 2,16 milyard dollar mənfəət idi.
Brent neftin barrelinin qiyməti, ikinci rübdə orta hesabla 47,03 dollar olub. Neftin qiyməti bir il əvvəl eyni dövründə 63,50 dollar , 2016-ci ilin birinci rübündə 35,21 dollar olub.
Avropanın ən böyük neft şirkətinin mənfəəti kəskin azalıb

Buna da bax:
Azadlıq Trend
1