Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:40

Neft qiyməti proqnozu qaldırılır


Bakı
Bakı

Dünya Bankı 2016-cı il üçün neftin orta qiymətinə proqnozunu artırıb.

Dünya Bankı neftin bir barelinin orta qiyməti proqnozunu 2016-cı il üçün iki dollar artıraraq 43 dollara yüksəldib.

Qərara səbəb ikinci rübdə tədarükün azalması və tələbatın artması olub.

Həmçinin, Kanadada yanğınlar və Nigeriyada neft infrastrukturundakı problemlər də proqnozun artırılmasına təsir edib.

Bundan əvvəl ABŞ Energetika Nazirliyi də neftin orta qiymətinin proqnozunu artırıb.

Hazırda neftin qiyməti bir barrelə 45 dollardır.

XS
SM
MD
LG