Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 05:51

Türkiyə ölüm cəzasını bərpa edə bilər


Recep Tayyip Erdogan, 15 iyul, 2016-cı il

-

Türkiyə Prezidenti Recep Tayyip Erdogan deyir ki, ölkəsi ölüm cəzasının bərpasını nəzərdən keçirəcək.

Erdogan iyulun 17-də bildirib ki, hökuməti parlamentdəki müxalifət partiyaları ilə birlikdə bu məsələni müzakirə edəcək.

Qeyd edək ki, iyulun 15-də törədilmiş çevriliş cəhdində 290-dan artıq adam ölüb, 1400 nəfər xəsarət alıb. 6 mindən çox saxlanan var.

“Demokratik ölkədə xalqın tələbini gözardı etmək olmaz”, Erdogan İstanbuldakı iqamətgahı qarşısında tərəfdarlarına müraciətində deyib.

“Bu qərarı çox yubatmarıq. Çünki bu ölkədə çevrilişə cəhd edənlər bədəlini ödəməlidirlər”, Erdogan deyib.

Türkiyədə 1984-cü ildən bəri ölüm hökmü tətbiq olunmayıb, 2004-cü ildə isə Avropa Birliyinin kriteriyalarına uyğunlaşmaq məqsədilə ləğv olunub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG