Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:33

Həbs olunanların sayı 6 minə çatıb


Türkiyədə çevrilişə cəhddən sonrakı gün, 16 iyul 2016
Türkiyədə çevrilişə cəhddən sonrakı gün, 16 iyul 2016

Türkiyədə hərbi çevrilişə cəhdə görə 6 minə yaxın şəxs həbs olunub. Bu rəqəm artacaq.

Bunu iyulun 17-də ədliyyə naziri Bekir Bozdağ deyib.

Həbs olunanlar arasında 50-dən çox yüksək rütbəli hərbçi, 400-dən artıq prokurorluq əməkdaşları və hakimlər də var. 3000-ə yaxın hakim isə işdən çıxarılıb.

Buna da bax: Daha iki general həbs edildi [foto] [video]

İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Toqquşmalar nəticəsində polislər, əsgərlər və dinc şəxslər daxil olmaqla 200-dən çox adam həlak olub. 1000-dən çox yaralı var.

Buna da bax: Türkiyədə çevriliş cəhdi necə başladı

Çevrilişə cəhddən sonra bütün Türkiyə boyu kütləvi həbslər başlayıb.

XS
SM
MD
LG