Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 04:03

6 kiloluq külçələri İrana aparırmış


İllüstrasiya

-

İyulun 11-də Biləsuvarda gömrükçülər Azərbaycan vətəndaşının üstündən 6 kiloqramdan çox qızıl küçlələri tapıb. Külçələr 585 əyarlı olub və müxtəlif ölçülü ciblərdən ibarət parça kəmərin içərisində gizlədilibmiş.

Üstündən qızıl çıxan həmin şəxs Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postundan İrana gedirmiş.

Xəbəri Gömrük Komitəsi mətbuat xidməti yayıb.

Komitə yoxlamanın əməliyyat məlumatı əsasında həyata keçirildiyini bildirir.

Faktla bağlı araşdırma aparılır.

Son vaxtlar qanunsuz yolla ölkədən qızıl çıxarılması halları haqda xəbərlər artıb.

Multimedia

XS
SM
MD
LG