Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 17:37

Dağıstanda 9 nəfər öldürülüb


Dağıstan, arxiv fotosu

-

Dağıstan Şimali Qafqaz regionundan silahlı qruplaşmanın səkkiz üzvü və bir təhlükəsizlik əməkdaşı öldürülüb. Məlumatı Rusiya rəsmiləri iyulun 8-də yayıb.

Milli Antiterror Komitəsi bildirib ki, Federal Təhlükəsizlik Xidmətinin 3 əməkdaşı da Mahaçqalada gedən toqquşmalarda yaralanıb.

“Interfax” xəbər agentliyi təhlükəsizlik rəsmilərinə istinadla yazır ki, yaxınlıqdakı meşələrdə və dağlarda polis əməliyyatı davam edir. Məqsəd yaraqlıları aşkarlamaqdır. Agentlik polisə və dinc sakinlərə hücumlara görə silahlı qruplaşmanın məsuliyyət daşıdığını bildirib.

Dağıstan silahlı qruplaşmaların törətdiyi zorakılıqların episentrinə çevrilib. Yaraqlılar burada Şimali Qafqazda İslam xilafəti yaratmaq istədiklərini bildirirlər.

XS
SM
MD
LG