Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:29

-

Qəzza bölgəsinə 10 min ton humanitar yardım aparan Türkiyə yük gəmisi İsrailin Aşdod limanına çatıb. Bu barədə iyulun 3-də Türkiyə mediası yazıb.

Rəsmi “Anadolu” agentliyinin məlumatına görə, gəmi fələstinlilərə ərzaq, oyuncaq, geyim və ayaqqabı aparır.

Ötən həftə Türkiyəylə İsrail barışıq sazişi imzalayıblar. Tərəflər altı illik siyasi ziddiyyətləri kənara qoyublar.

2010-cu ildə İsrail hərbçiləri Qəzzaya yardım aparan Türkiyə gəmisinə hücum edib 9 nəfəri öldürmüşdü.

Ötən həftə əldə olunmuş razılaşmaya görə, İsrail ölənlərin ailələrinə 20 milyon dollarlıq kompensasiya verəcək.

XS
SM
MD
LG